Düşünürəm ki, Oqtay Kazımi kimi bir bəstəkar haqqında fikir söyləmək üçün, əvvəlcə, bu hüququ qazanmaq lazımdır. Son dərəcə emosional və başdan axıra kimi lirik harmoniyalarla zəngin bir musiqini sakit dinləmək mümkün deyil. Oqtay Kazıminin sənət qiymətini artıq zaman özü vermişdir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Tofiq Quliyev, Cahangir Cahangirov və digər güdrətli musiqi sərkərdələrinin dövründə və onların qarşısında musiqi bəstələyib ortaya çıxarmaq, onlarla müəyyən mənada rəqabət aparmaq üçün bəstəkardan nə tələb olunduğunu başa düşmək çətin deyil.
Oqtay Kazıminin yaradıcılıq fəaliyyəti Azərbaycan mahnı janrının inkişafına yeni bir dövr bəxş etdi. Biz bu gün Azərbaycanın bəstəkar musiqisini Oqtay Kazımi olmadan təsəvvür edə bilmirik. Min şükürlər olsun ki, Allah Azərbaycanın musiqi xəzinəsinə Oqtay Kazımi kimi bir inci, cəvahir bəxş edib. Ölüm haqdır. Heç kim bu dünyada sona kimi yaşaya bilməz. Xoşbəxt o insandır ki, sağlığında qurub-yaratdığı işlər onun özündən daha çox yaşasın. Oqtay Kazıminin mahnıları çox nəsilləri tərbiyə edəcək, çox musiqiçilər onun mahnıları ilə şan-şöhrət tapacaq. Hamı da bir ağızdan o böyük bəstəkara minnətdarlıq hissi ilə rəhmət oxuyacaq. Biz orta nəslin nümayəndələri də son günlərimizə kimi nostalji və romantik hisslərlə Oqtay müəllimin musiqilərini dinləyəcək və kövrələcəyik. Zaur İsayev |
Dahi bəstəkarın bəstələrini sevə-sevə dinləyən insanlar üçün bu sayti ərsəyə gətirən yaradıcılara öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Əlləriniz var olsun.
Elşən İsrafilov |
Oqtay Kazımi əvəzolunmaz bəstəkardır. Bizim yaş nəsli onun mahnıları ilə tərbiyə alıb, böyüyüb. Hər dəfə Oqtay Kazıminin mahnılarını dinləyəndə bizim ən xoş hisslərimiz dilə gəlir. Allah rəhmət eləsin. Mehriban Şivəxanova, Sumqayıt şəhəri, müəllimə |
1 2 3 4 5 6