Mən bir iranlıyam. 1986-cı ildə İranın Parsabad şəhərində yaşayarkən Azərbaycan radiosundan ruhumu canlandıran bir musiqi əsərini eşitdim. Musiqini bərnamələrin arasındakı fasilələrdə verirdilər. Sonradan bu əsərin dahi bəstəkar Oktay Kazıminin "Çahargah Fantaziyası" əsəri olduğunu bildim. 3-4 il ərzində radioda daima Azərbaycana qulaq asırdım ki, "Çahargah Fantaziyasını" eşidə biləm. Mən dəli kimi bu əsərə vuruldum! Bu əsər məni simfonik musiqi aşiqinə çevirdi. Həmçinin, "Çahargah Fantaziyası" məni Azərbaycan xalqına və mədəniyyətinə o qədər bağladı ki, 1986-cı ildən bəri Azərbaycan radio və TV-lərinin daimi izləyicisi, qəzet və kitablarının daimi oxucusu oldum. Nəticədə müsəlman Azərbaycan xalqının nə qədər böyük və köklü bir XALQ olduğunu özüm üçün yenidən kəşf etmiş oldum. Bütün bunlara görə Oktay müəllimə təşəkkür edirəm. 2010-cu ildə bu dahi bəstəkarın vəfatını eşidəndə çox mütəəssir oldum. Allah ona rəhmət eləsin.
Əmirhüseyn İrani |
Oqtay Kaziminin çox gözəl musiqiləri var. Xususən də, "Xatirə".
Murad Məcidli |
Oqtay Kazıminin ilk Azərbaycan rok operasının müəllifi olduğunu həm sevinc, həm də təəccüblə qarşıladım. "Hophopnamə" operasını heç dinləməmişəm, onun haqqında bir şey belə eşitməmişəm, nə vaxt səhnələşdirildiyini bilmirəm. Buna baxmayaraq, rok operamızın olması çox ürəkaçan faktdır. Sualım odur ki, həmin operanın CD-si varmı, onu haradan ala bilərəm, əgər bu mümkün deyilsə, onu bu saytda yerləşdirmə imkanınız varmı?
Sizə dərin hormətlə, Oqtay Kazımiyə Allahdan rəhmət diləyən Hüsaməddin Məmmədov Saytdan: Hörmətli Hüsaməddin Məmmədov! Həqiqətən, Oqtay Kazıminin "Hophopnamə" operası mövcuddur. Təəssüf ki, bəstəkar ömrünün son illərində bu operanı ictimaiyyətə təqdim edə bilməmişdir. Ona görə də saytda yerləşdirilməsi hələlik mümkün deyildir. Təşəkkür edirik. |
1 2 3 4 5 6