Oqtay Kazımi Tofiq Quliyev və Rauf Hacıyevdən sonra Azərbaycan estrada musiqi janrına yeni nəfəs, yeni ruh gətirdi. Oqtay Kazımi həm milli, həm də müasir bəstəkardır. |
Oqtay Rəcəbov Azərbaycan Respublikasının xalq artisti |
Oqtay müəllim insanları heyrətləndirməyi bacarırdı. Əsl istedadlar belə olmalıdır. Zaman keçəcək, Oqtay Kazıminin əsərləri, musiqisi qalacaq. Onun döyünən ürəyi mahnılarında yaşayacaq. |
Tahir Əkbər bəstəkar |
Mən Oqtay Kazımini çox uzun illərdir ki, tanıyıram. Həm yaradıcılığını, həm də keçdiyi həyat yoluna bələdəm. O.Kazıminin “Həyat, sən nə qəribəsən” mahnısının melodiyası üzərində bəstəkar Raymond Pauls məşhur «Миллион алых роз» mahnısını bəstələmiş və şöhrət qazanmışdır. Bu barədə müxtəlif səpkili verilişlər olmasına baxmayaraq, hələ də bir çoxları bundan xəbərsizdir. Onun “Qocalır anam”, “Qaytar eşqimi”, “Məhəbbət”, “Yaşayır insan“ kimi əsərlərinə bədii şura tərəfindən qadağalar qoyulması, əslində, sovet rejiminin tələbi olmamışdır. Bədii şurada oturan bəzi sənət adamları O.Kazıminin əsərləri önündə kölgədə qalmaq qorxusu ilə üzləşməli olurdular. Bu səbəbdən də belə bəhanələr gətirilirdi ki, əsərlərin mövzusu dövrə uyğun deyil, kommunistin anası qocala bilməz, eşqi qaytarmaq olmaz, “o, bu boyda bir cahanı yaradıb“ cümləsində müəllif Allahı nəzərdə tuturmuş kimi bəhanələrlə mahnılar silinirdi. Təəssüf ki, bu səbəbdən onun əsərlərinin müəyyən hissəsi geniş dinləyici kütləsinə catmamışdır. Azərbaycan xalqı onun əsərlərini yaşadacaq. |
Avtandil İsrafilov Azərbaycan Respublikasının xalq artisti |
1 2 3 4 5 6 7