Xalqımızın istedadlı oğlu, böyük sənətkar Oqtay Kazımi ilə mən bir sinifdə oxumuşam. Astara torpağı gözəl şəxsiyyətlər, yazıçılar, bəstəkarlar yetişdirmişdir. Onların arasında şöhrətli bəstəkarımız Oqtay Kazıminin yeri xüsusidir. Oqtay Kazımi orijinal və heç kimə bənzəməyən bir sənətkardır. Onun 1000-dən çox nəğmələri, həmçinin, iri həcmli əsərləri mövcuddur. Bu əsərlər təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda tanınır. “Yaşa respublikam”, “Şəhidlər simfoniyası”, “Sumqayıt lövhələri”, “Qarabağ lövhələri” simfoniyaları, həmçinin, “Qızıl toy”, ”Danabaş kəndinin əhvalatları”, “Dəli dünya” operettaları bəstəkarın qiymətli əsərlərindəndir. |
Seyran Şirinov məktəb dostu |
Mənim gənclik illərim Oqtay Kazıminin mahnılarının sədası ilə keçmişdir. Xalqımız Oqtay Kazımi kimi böyük bəstəkarları həmişə yaşadır və hörmətlə yad edir.
|
Bəhram Şiriyev əməkdar müəllim |
O insan xoşbəxtdir ki, onu özündən sonra da yaşadan əməlləri var. Bu mənada görkəmli bəstəkar Oqtay Kazımiyə Tanrı əbədi ömür nəsib edib. O, bu ömrün cismani hissəsini başa vurub, ruhən isə əbədi olaraq əsərlərinin sayəsində yaşayacaq. Çünki Oqtay Kazımi Azərbaycan musiqi mədəniyyətinə çox gözəl töhfələr bəxş edib. Musiqinin müxtəlif janrlarında qələmini sınayaraq çox dəyərli əsərlər yaradıb.Oqtay Kazımi nəğmələrinin birində bizə “Əlvida” desə də, o nəğmələr heç vaxt bizimlə vidalaşmayacaq. Daim səslənəcək, bizi mənən ruhlandırıb, könlümüzə xoş ovqat gətirəcək. Hər dəfə bu nəğmələri dinlədikcə sanki qulaqlarımızda müdrik sənətkarın həzin pıçıltısı da səslənəcək: “Sizlərə yadigar nəğmələrimdir”. |
Səadət Təhmirazqızı musiqişünas |
1 2 3 4 5 6 7