Oqtay Kazımi Azərbaycan bəstəkarlıq məktəbinin o nəslinə mənsubdur ki, bu nəsil klassik milli musiqi ənənələrinə söykənən müasir Azərbaycan mahnı janrını yaratmışdır.
|
Oqtay Əkbərov kimya elmləri doktoru, professor, əməkdar müəllim |
Gökəmli bəstəkar, istedadlı sənətkar Oqtay Kazıminin yaradıcılığına nəzər salanda görürük ki, musiqinin elə bir janrı yoxdur ki, bizim hörmətli bəstəkarımız yazmasın, yaratmasın. Oqtay müəllimin sənəti haqqında danışanda onun şəxsiyyəti barəsində danışmamaq olmur. Belə əsərlər yaradan insan yalnız və yalnız böyük bir ürəyə sahib olmalıdır. Böyük zəkaya, böyük duyğuya malik olmalıdır ki, insanlar üçün belə böyük gözəl sənət əsərləri yaratsın. Bu əsərlər insanlara mənəvi zövq verməklə yanaşı, insanları mənəviyyatca qidalandırır, həyata ruhlandırır, gəncləri sevgiyə, məhəbbətə səsləyir. Azərbaycan xalqı onun mahnılarını yaşadacaq və gələcək əsrlərə çatdıracaq. |
İbrahim Quliyev istefada olan polkovnik |
Hər adama öz soyadının və adının mənasnı doğrultmaq qismət olmur. Öz adının mənasını doğrultmaq Oqtay Kazımiyə nəsib olub. "Kazım" sözü ərəb diilində "qəzəbini udan", "hirsini soyuda bilən" deməkdir. "Oqtay" adı isə "oktey" sözündən götürülüb - hökmdar, hakim deməkdir. Fikir verin, Oqtay öz mahnılarının hakimidir, əsərlərinin hökmdarıdır. Mən deyərdim ki, mürəkkəb mahnı janrında o doğrudan da hakimdir, hökmdardır. Insan əsəbləşəndə, qəzəbini soyudanda mahnı dinləmək istəyir, şeir dinləmək istəyir. Oqtayın mahnıları bu baxımdan çox qiymətlidir.
|
Heybət Hüseynov uşaqlıq dostu, əməkdar müəllim |
1 2 3 4 5 6 7